Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   

Qaqauz ədəbiyyatı
Qavriil Qaydarji yaradıcılığı

Türk xalqlarının oğuz boyuna mənsub qaqauzlar mövcud olduqları dövrdən bu yana keşməkeşli, əzablar dolu həyat görüb, min bir məhrumiyyətə düçar olsalar da, yenə də öz etnik-milli varlıqlarını qoruya bilmişlər. İki əsrə yaxın bir zaman kəsiyində Moldova ərazisində kompakt yaşayan qaqauzlar, həm də dünyanın müxtəlif ərazilərində və regionlarında – Bolqarıstanda, Rumıniyada, Balkanlarda, Qərbi Avropada, Yunanıstanda, Türkiyədə, Qazaxstanda, Belorusiyada, Rusiyada, Ukraynada, Gürcüstanda, Türkmənistanda, Şimali Qafqazda, Azərbaycanda, ABŞ və d. yerlərdə bu gün də yaşamaqdadırlar. Qaqauzların böyük təəssübkeşi və təbliğatçısı yazıçı-publisist, nasir-jurnalist, «Sabaa yıldızı» etnik bilim, klltür tarixi jurnalının baş redaktoru Stepan Bulqar bu dərginin səhifələrində dünyanın müxtəlif yerlərində məskunlaşmış qaqauzların həyatına dair matterialları ardıcıl olaraq oxucuların ixtiyarına verir. Yeri gəlmişkən qeyd edək ki, «Sabaa Yıldızı» jurnalı üç aydan bir TİKA-nın köməkliyi və Qaqauziya Bakannık Komitetinin yardımı ilə nəşr olunur. Onun səhifələrində qaqauzların adət-ənənələri, mərasimləri, etnik mənsubiyyəti, fəlsəfəsi, mədəniyyəti, şifahi xalq yaradıcılığı, ədəbiyyatı, musiqisi, incəsənəti, rəqsi, rəsm əsərləri, memarlığı, tarixi ilə bağlı materiallar qaqauzşünaslar tərəfindən təqdim olunur. Bu materialların nəşri qaqauzlara türklərlə yanaşı, həm də qeyri-türklərin marağını daha da artırır.
Moldova Respublikası ərazisində 153 mindən çox qaqauz yaşayır. Sovet İttifaqının dağıldığı dövrdən qaqauzlar da kompakt yaşadıqları ərazinin muxtar qurum kimi tanınması uğrunda davamlı mübarizə apardılar. Nəhayət, bu mübarizə öz bəhrəsini verdi. 23 dekabr 1994-cü ildə Moldova Respublikasının Parlamenti «Qaqauz Yeri özəl kanon statusu» haqqında qanun qəbul etdi. Bu qanuna görə qaqauzların milli haqqını tanıma, qoruma və bu regionun dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunması, zənginləşməsi siyasət və iqtisadiyyatda müstəqil olaraq fəaliyyət göstərmə, qaqauzlara digər ölkələr və regionlarla birbaşa əlaqələr qura bilmə üçün Moldova Respublikası daxilində müxtar statusu verildi.
Əlbəttə, göstərilən dövrə qədərə qaqauzların milli dövlətçilik ənənələrinin olmadığını nəzərə alsaq, bu, olduqca əlamətdar bir tarixi hadiəsə hesab edilməlidir.
Beləliklə, 5 mart 1995-ci ildən başlayaraq Moldovanın güney tərəfində qaqauzların kompakt yaşadıqları ərazilərdə 3 şəhər və onların 25 küyündə (kəndində) referendum keçirildi və bu ərazilər Qaqauziya kimi tanındı. Elə həmin ilin 26 may və 11 iyununda Muxariyyat orqanlarına seçkilər keçirildi. Mütəşəkkilliklə keçirilmiş bu seçkilərdə Qaqauziya başqanı seçildi və Xalq Məclisinə 35 deputat müəyyənləşdirildi.
Qaqauziyanın yeni tarixi 1996-cı ilin yanvarından başladı. Xalq Məclisi qəbul olunmuş qanuna söykənərək üç rayon müəyyənləşdirməklə, inzibati-ərazi orqanları qurdu.
Hazırda Qaqauziyanın ərazisi 1831,5 kmІ. Burada yaşayanların 78% qaqauz, 5,5% bolqar, 5,4% moldovan, 5,0% rus, 4% ukraynalı, 1,3% digər millətlərin nümayəndələrdirlər.
Muxtariyyat əldə edildikdən sonra Qaqauz Xalq Məclisi bir sıra əsaslı qanunlar, o cümlədən «Qaqauziya bayrağı haqqında qanun», «Qaqauziyanın himni haqqında qanun», «Qaqauziya ərazisində dillərin funksionallığı haqqında qanun» və s. qəbul etmişdir.
Muxtariyyat dövründən başlayaraq qaqauzlar dünyanın müxtəlif regionları və dövlətləri ilə ikitərəfli səmərəli iqtisadi, siyasi, mədəni layihələrə və işləmələrə önəm verdilər. İlk növbədə Rusiya, İtaliya, Çexiya, Türkiyə, keçmiş SSRİ-dən sonra müstəqillik əldə etmiş türk respublikaları – Azərbaycan, Türkmənistan, Qazaxıstan və s. münasibətlər quruldu. Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Bank, digər dövlət və təşkilatların köməyilə Qaqauziya iqtisadiyyatının dirçəldilməsinə başlandı.Məsələn, 2007-ci ilin noyabrında Qaqauziya Prezidenti Mixail Formuzal Bakıda təşkil olunmuş Türk xalqlarının X iş birliyi qurultayında iştirak və çıxış etdi.
Qaqauziya muxtar qurum statusu əldə etdikdən sonra iqtisadiyyatla yanaşı dilin və mədəniyyətin inkişafına daha yaxından diqqət yetirildi. Muxtar qurumda qaqauz və rus dilləri dövlət dili elan edildi. Qaqauz yazısının latın qrafikasına keçirilməsi reallaşdı. Mədəni-mənəvi həyatda mühüm dəyişikliklər baş verdi. Qaqauziyada media və mətbuatda sıçrayış başladı. «Qaqauz səsi», «Sabaa yıldızı», «Qaqauziyanın haberlari», «Günəşcik» və s. kimi qəzet və jurnallar davamlı nəşr olunmağa başladı. Müstəqil Qaqauziya Radio və Televiziya verlişlərinin yayımlanması aktuallaşdı. Qaqauziya konstitusiyası yaradıldı, qəbul edildi və s.
Muxtariyyat əldə edildikdən sonra Qaqauziya Türkiyə Respublikası ilə daha sıx əməkdaşlıq qura bilmiş, mədəniyyət və ədəbiyyatların müştərək inkişafına diqqət yetirilməyə başlanmışdır.
Qaqauzların yazılı ədəbiyyatı rəsmi olaraq 1957-ci ildən Moldovada onlara kiril əlifbası əsasında əlifba yaratmağa icazə verildikdən sonra mümkün olmuşdur. Lakin bu xalqın ədəbiyyatının mənbəyinə getsək, onda XIX əsrin lap əvvəllərinə müraciət etməliyik. Məhz o dövrlərdə, daha konkret demiş olsaq 1810-cu ildə Vyanada qaqauz dilində «Psaltır» nəşr olunmuşdur. Bundan başqa P.Draqanovanın biblioqrafik əsərində Aristofanın komediyasının qaqauz dilinə tərcüməsindən danışılır. Eyni zamanda Nikolay və İvan Fəzli qardaşlarının Puşkindən qaqauzcaya çevirdikləri bir sıra şeirləri («Qış yolları», «Kahırsız quşcuğaz», «Qış gecələri») məlum olsa da, bu örnəklər, qaqauz ədəbiyyatı mütəxəssisləri söylədikləri kimi , günümüzə gəlib çatmamışdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində qaqauz tarixinin, folklorunun və etnoqrafiyasının dəyərli tədqiqatçıları V.Moşkov, A.Manov və A.Derjavin qaqauz ədəbiyyatının öyrənilməsi üçün öz tədqiqat işlərində bu eposu öyrənilməsi üçün münbit zəmin yaratdılar.
Qaqauz xalqı üçün onların «Ay baba» adlandırdıqları M.Çakirin (1861-1938) xidmətləri daha böyük olmuşdur. O, doğma ana dilində din və mədəniyyət tarixinə aid, mənəvi-əxlaqi dəyərləri incələyən «Evangeliya», «Psalmı», «Liturgiya», «Çasoslov» «Klisanın kısa tarihi», «Yeni kutsalların istoriyası», «Eski kutsalların istoriyası» kimi kitablar yazıb qaqauz oxucularına bəxş etmişdir. Bu əsərlər digər mühüm cəhətləri ilə yanaşı, həm də qaqauz ədəbiyyatının ilk addımlarını şərtləndirən nümunələrdir.
Qaqauzların ədəbiyyata, bədii sözə yiyələnməsində Bukreştada səfirlik xidmətində olan türkiyəli Hamdi Tanrıöver xüsusi rol oynamışdır. O, qaqauz gənclərini Türkiyəyə təhsil almağa yollamış, vətənə döndükdən sonra isə doğma ədəbiyyatın inkişafına maraqla xidmət etmişlər.
Qaqauz ədəbiyyatının tanınmış nümayəndələri Nikolay Arabaçı (1893-1960) və Nikolay Tanasoğludur (1895-1970). Onlar əsərlərində qaqauz xalqının haqq uğrunda mübarizəsini, onun gərgin və keşməkeşli həyatını real boyalarla əks etdirmişlər.
Nikolay Tanasoğlu yaradıcılığı folklordan qaynaqlanmışdır. Onun manilərində, şeirlərində və «Quşlar bəy seçərlər» poemasında folklorla bağlılıq son dərəcə özəldir.
Sonrakı illərdə Dianis Tanasoğlu (1922), Nikolay Babaoğlu (1928), Mina Kösə (1933-1999), Stepan Kuroğlu (1940) və b. şairlər bədii yaradıcılıqla ardıcıl məşğul olmuşlar. Bu şairlərin yaradıcılığı qaqauzlarla bərabər, həm də digər türk xalqları – azərbaycanlılar, türkmənlər, özbəklər, tatarlar və b. arasında geniş təbliğ və tərcümə olunaraq yayılmışdır.
Təbii ki, digər türk xalqları ilə müqayisədə Azərbaycanda daha az tanına qaqauzların etnik-mədəni ənənələri, tarixi, psixologiyası, dini, etik-fəlsəfi baxışları ilə bağlı oxuculara ardıcıl bilgilər verməyə böyük ehtiyac vardır. Bu, məsələlərin daha fundamaental tərəfidir. Hələlik isə biz qaqauz ədəbiyyatı, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığından söhbət açmaq istərdik.
Qaqauz ədəbiyyatı digər ədəbiyyatlar kimi öz mənbəyini şifahi xalq yaradıcılığından götürür. Qeyd edək ki, yalnız XX əsrin ortalarından başlayaraq, qaqauz yazılı ədəbiyyatının inkişafı mümkün olmuşdur. Məhz 60-cı illərin əvvəllərindən başlayaraq qaqauz yazarları, sənət adamları Moldovada çıxan qəzetlərdə vaxtaşırı çıxış etməkdə israrlı oldular. Onların sırasında K.Vasiloğlu, V.Filioğlu, T.Marinoğlu, P.Çebotar – Qaqauz, T.Zanet, D.Ayoğlu, B.Moysё və b. vardı. XX əsrin 70-80-cı illərindən qaqauzlarda xüsusi oyanış, etnik-soy-kökə müraciət güclənirdi. Bütün bunlar qaqauzların ədəbi həyatında özünü əks etdirməsi mümkün deyildi. Bu dövrdə ədəbiyyata gələnlər M.Dubraylo, G.Tanasoğlu, T.Arnaut, A.Koşançı, T.Karaçoban, L.Çimpoeş, S.Adiyeva, O.Radova, onlardan sonra isə gənc yazarlar Mercanka, M.Kol, İ.Karapirё, V.Karanfil, İ.Malaçlı, S.Kutar və b. qaqauzların poeziyaya marağını artırdı.
Qaqauz şairlərinin əsərlərinin əksəriyyətində xalq səsi, xalq ruhu daim sezilməkdədir. Onlarda əski kökə, şifahi yaradıcılıq örnəklərinə bağlılıq daha hiss olunmaqdadır. Bu cəhət digər sənətkarlarla yanaşı Qavriil Qaydarjinin əsərlərində xüsusilə ovqatlıdır. Qavriil Qaydarji qaqauz manilərinin şifahi nümunəlirini bizə son dərəcə hisslərimizi riqqətə gətirən notlarla çatdırır. Heç şübhəsiz ki, yuxarıda adlarını çəkdiyimiz və çəkmədiyimiz qaqauz şairlərinin yaradıcılığına ayrı-ayrılıqda nəzər salmağa ehtiyac olduğu kimi və Q.Qaydarji yaradıcılığının əsas konturlarını da Azərbaycan oxucusuna çatdırmağı da gündəmə gətirir. Hələlik onların biri - Qavriil Qaydarjinin yaradıcılığı haqqında məlumat verək.
Qavriil Qaydarji (14.09.1937-14.02.1998) qaqauz xalqının böyük elm və sənət adamlarından biri olmuşdur. Onun bütün həyatı elmin, mədəniyyətin və ədəbiyyatın inkişafına həsr olunmuşdur. Əlbəttə, Qavriil Qaydarjinin bütün ömür və fəaliyyət bioqrafiyasını izləmək son dərəcə böyük vaxt aparardı, lakin ümumi şəkildə bu böyük insanın həyatının daha önəmli cizgilərini oxuculara çatdırsaq, onlar aşağıdakı mənzərənin şahidi olarlar.
Qavriil Qaydarji Bucaqda (Qaqauziya) çoxuşaqlı kəndli ailəsində dünyaya gəlmişdir. 1953-cü ildə Tiraspol şəhərindəki A.S.Makarenko adına Pedaqoji məktəbə daxil olmuş, oranı bitirdikdən sonra 1957-ci ildə Kişinyov Dövlət Universitetinin «Tarix-filologiya» fakültəsinin tələbəsi olmuşdur. «Rus dili və Ədəbiyyatı» ixtisas üzrə davamlı hazırlıq keçmiş, burada kafedra müdiri B.P.Ardentov onu linqvistik dərnəyə üzv etmiş, onunla xeyli məşğul olduqdan sonra səriştəli tədqiqatçılıq bacarığına inanaraq Qarviili ixtisaslaşma keçmək və diplom işini bitirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə istiqamətləndirmişdir. Burada aspirantlar üçün təşkil olunmuş mühazirələrdə və xüsusi kurslarda iştirak edərək geniş bilgilər əldə edir və eyni zamanda paralel olaraq Sovetlər Birliyinin Türkdilli Respublikalarının Elmlər Akademiyalarında təcrübə qazanır. Onun «Qaqauz dilində zamanın ifadə üsulları» mövzusunda hazırladığı diplom işi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Az sonra (1962) o, «Müasir qaqauz dilində zaman budaq cümləsi» adlı kitab nəşr etdirir. 1963-cü ildə Q.Qaydarji Beltsi şəhərində (Moldova) «İskra» qəzeti redaksiyasında korrektor, ədəbi redaktor, məsul katib vəzifələrində çalışır. Elə həmin il müsabiqədə iştirak edərək, Beltsi Pedaqoji İnstitutunun rus dili kafedrasında müəllim kimi fəaliyyətə başlayır və fasiləsiz olaraq 1987-ci ilə qədər orada çalışır.
1969-cu ildə o, SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri üzrə aspiranturasına daxil olur və 1972-ci ildə «Müasir qaqauz dilində budaq cümlə tipləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Dissertasiyanın materiallarına söykənərək 1973-1981-ci illərdə iki monoqrafiya nəşr etdirir. Paralel olaraq Q.Qaydarji leksioqrafiya sahəsində xeyli işlər görür. Belə ki, 1966-cı ildən intensiv fəaliyyət göstərən tədqiqatçı 1973-cü ildə Moskvada «Qaqauzca-rusca-moldovanca» lüğət nəşr etdirir.
Q.Qaydarjinin elmi-türkoloji fəaliyyəti daim qaqauz dilinin spesifik xüsusiyyətlərini, onun qrammatik özəlliyini, xalq arasında ondan istifadə etməyin metodik yollarını araşdırmaqdan ibarət idi. O, eyni zamanda PP.A.Pokrovskaya, E.K.Koltsa və başqaları ilə birlikdə qaqauz əlifbasının müəlliflərindən biri idi.
1986-cı ildən davamlı fəaliyyətinə və araşdırmalarına görə o, SSRİ Türkoloqları Komitəsinə üzv seçilmiş, Moldova Respublikası Orfoqrafiya Komissiyasının sədri olmuşdur. Qaqauz (bulğar) dili və ədəbiyyatı üzrə kitablar, dərsliklər və proqramların hazırlığı ilə məşğul olmuş, Kişinyov Dövlət Universiteti, İ.Kreanqa adına Pedaqogika Universiteti və eyni zamanda Komrat Dövlət Universitetində gərgin fəaliyyət göstərmişdir. Bu dövrdə o, adları çəkilən universitetlərdə yeddi il ardıcıl olaraq qaqauz dili və türkologiyadan kurslar aparmışdır.
1997-ci ildə Q.Qaydarji «Türk dünyası dillərində qrammatik terminologiya üzrə soraq kitabı»nı nəşr etdirir. Bundan başqa Q.Qaydarjinin rəhbərliyi və köməkliyi sayəsində Moldovada qaqauz dili və ədəbiyyatı ilə bağlı bir sıra konfranslar, simpoziumlar düzənləmişdir. Bü tədbirlərə Rusiya, Özbəkistan, Rumıniya, Qazaxstan, Bolqarıstan, Türkiyə və Yunanıstandan alimlər dəvət olunmuş və yaxından iştirak etmişlər. Qeyd etdiyimiz kimi, Q.Qaydarji çoxşaxəli fəaliyyətlə məşğul olmuşdur. O, 1988-ci ildən ömrünün sonuna qədər alimlik və pedaqoqluq fəaliyyəti ilə yanaşı, həm də ictimai-siyasi fəaliyyətlə, qaqauzların muxtar status qazanmasında böyük rol oynamışdır. Bu gün Qaqauziya və qaqauzların çiçəklənməsində Qaqauziya Yeri Muxtar qurumun yaranmasında onun daim önəmli yeri olduğu vurğulanır.
Q.Qaydarji milli hisslərlə, bəşəri duyğularla bir yaşayan vətəndaş idi. Təsadüfi deyildir ki, Moldova Elmlər Akademiyasının Milli Azlıqlar İnstitutunda o, direktor yardımçısı olmaqla, həm də Qaqauz Araşdırma Bölməsinin müdiri vəzifəsində çalışırdı.
Qeyd etdiyimiz bütün bu sahələrdə – elmi, pedaqoji fəaliyyəti, ictimai xadimliyi ilə bərabər, Q.Qaydarji həm də şair, yazıçı, publisist idi. Bədii yaradıcılığa lap erkən başlamışdı. Doğma kəndindən kənar şəhərə təhsil almağa yollanan bu gənc 60-cı illərin əvvəllərində «İki oğul» hekayəsini qələmə almış, bu əsərdə dövrün kantraslarını, eybəcərliklərini ifşa etmişdir. Bundan başqa elə o illərdəcə Q.Qaydarji «Ana tərəfim» adı altında kitab nəşr etdirmiş və eyni adlı şeirdə doğma elindən-obasından ayrılmağını kövrək hisslərlə qələmə almışdır. Bu şeirin baş qəhrəmanı, aparıcı obrazı şairin doğma kəndi Bucaqdır.

Ay, Bucaam, Bucaam,
Dannarın rembё.
Kısmetliyim bёn,
Ki duudum bırda.
Ay, Bucaam, Bucaam,
Türkülü, cömert…

Göründüyü kimi doğma el-obanın motivləri Q.Qaydarjinin poetik yaradıcılığında böyük yer tutur. Onun «İlkyaz sabaası», «İlkyaz», «Gözün», «Böyük yağmurun ardına», «Böyük yolda kavak» şeirlərində doğma kəndin təbiətinə, havasına, insanlarına vurğunluq hiss olunur. Q.Qaydarjinin ən maraqlı şeirlərindən ikisi anaya həsr olunmuşdur. Bu baxımdan «Əvf et məni» şeiri daha duyğuludur.
Q.Qaydarji yaradıcılığında floklora münasibət, xalq yaradıcılığından qidalanma son dərəcə görümlü və relyefli verilir. Əsərələrinin dili sadə, rəvan, hamının yaxşı anladığı ifadələrdən yoğrulmuşdur. Onun floklor süjetləri kiçik yaşlı oxucuların diqqətini daha çox cəlb edəndir:

Estek-pestek,
Topal yeşёё köstək,
Kim masalı sesleer -
Bana ağa,
Kim seslemeer -
Annısına damğa.

Folklora, uşaq yaradıcılığına müraciət edən qaqauz şairləri Q.Qaydarjidən dərs almış, daim onun köməkliyindən yararlanmışlar. Gənc qaqauz yazıçıları, o cümlədən Petri Çebotar onun haqqında ağızdolusu danışmış, ona qaqauzların sönməz məhəbbətini ifadə etmişdir.
Q.Qaydarji yaradıcılığı mövzu cəhətdən də son dərəcə rəngarəngdir. Bu, xüsusiyyət onun «Sənsiz sıkıntılı», «Cəngё yox yer», «Büüdün ekmek», «Çörək», «Ana dilimё» şeirlərində doğma diyara sonsuz məhəbbət, xalqa sevgi və sayqı, çörəyə hörmət ifadə olunmaqdadır.
Digər türk xalqlarında – azərbaycanlılarda, Anadolu türklərində, türkmənlərdə, İraq türkmənlərində, Krım türklərində olduğu kimi bayatılar (manilər, xayratlar) qaqauz xalq şeirinin ən geniş yayalmış şəkillərdəndir. Bu janra ayrı-ayrı qaqauz şairləri sırasında, həm də Q.Qaydarji bütün yaradıcılığı boyu müraciət etmişdir. Türk xalqlarının çeşidli müxtəlifliyi olduğu kimi, onların bu yaradıcılığı da öz rəngarəngliyi, müxtəlifliyi, variativliyi ilə seçilir. Balkanlarda, Moldovada yaradılmış manilərlə Azərbaycan bayatılarını nəzərdən keçirdikdə (nəinki şifahi örnəklərdə, həm də ayrı-ayrı şairlərin fərdi yaradıcılığında), türklər arasında etnik milli bağların daim sıx olduğunun şahidi oluruq. Bu cəhət Q.Qaydarji maniləri üçün də xarakterikdir. Qaqauz şairləri, o cümlədən Q.Qaydarji yaradıcılığı haqqında məlumatlar az olduğundan, biz şairin bəzi şeirlərindən fraqmentlər yox, bir sıra nümunələri oxucuların diqqətinə çatdırmaq istəyirik:

Ana dilimё
Dörd gözlёn bakaardı oolum aazıma,
Türkümü seslёёrdı, eveldёn kalma.

Bё dё hep ölёydim öz küçüklüümdё,
Türkü pek sevardım seslemёё küüda…

Dündü sansın bunnar – aklımda hepsi,
Küçük odacıımız, maninin sesi.

Hep çalardı maani, gözündё yaşı,
Ne çok biz çekmişik, nicё şindisi?

Göz-külak olardım, onu sesleyrёk,
Güüsüm kabarardı, kuvet toplayrak.

Ana türkü, maani, masal hem dastan!
Sanki var mı biri, sizi bilmeyёn?

Raz büünkü günnerda
Saa ol, halkım, saa ol! Çalmışın san, var türkü boldan.

Üzlёn yıl durmuşun kullukta şafksız,
Çok dastan kurmuşuk hiç bir yazısız.

Bobadan oola aaz-aazdan geldi,
Yıkılmaz kalё – halk sedefleri.

Şükür, halkım, şükür! Şükür ürektёn,
Ki cömert kurmuşun ana söz, dastan!

Çörek

Diziler yıllar – sincir,
Vakıt geçer pek,
Unutmaz sade fikir,
Nicёdir ekmek.

Yimeklёr sırasında –
Tatlı hem taaze,
Çörek sofrv üstündё
Hep ürer gözё.

Şu kitlık unudulmaz,
Kör, kara kitlıı –
Uşaklar süündürmёё
Aaçlını bıktı.

Cenktёn sonra her vakıt
Kıtlık bas eder,
Erkek kulluna da kıt –
Karılık enseer.

Erkek kıtlıı zamanı
Küçüklёr buuşer,
Uşak düür harmanı,
Uşak ter döker.

Taa büücesi ayledё
Boba yerinё,
O puluklan çizidё
Buuşer gün-günё
Yutkuner kendi.

Salt şaşarsın, neredёn
O kuvet topleer –
Çiftçi on beş yaşından
Kendini enseer!

Getirerёk aklıma
Bu türlü gerçek,
Bıkmam çörek dadına,
En tatlı-ekmek.

Cenga yok yer

Gecё saadı. Yekinnёr tok.
Başak raadı bulameer, yok!

Ekin bekleer orakları,
Başak bekleer harmannarı.

Kor teneli bunday olğun,
Büük tınazlı ecel bolğun.

Ekmek yaban yimёё kayıl,
Haslı insan binnёrlёn yıl.

Yaban ekmek-yok zararı,
Olmasın cenk-halk kararı.

Daava konsa her milletё,
Kayılmıdır, ki tok olsun
Da ceng etsin?
Ya da cenksiz yavan isin?-

Bilmёm, sayarmı bir kimsey
Yavannıklıı cenktёn beter!?

Hər üç şeir «Sabaa yıldızı», 1998, №5,
s.5-9-dan götürülmüşdür.

Q.Qaydarjinin «Maanilёr» kolleksiyasından

Ak dimi kara kalpak,
Yёr dilleri pek yalpak,
Yёr sın beni almarsan,
Kabletsin kara toprak.

Balı yapan arıdır,
Rengleri da sarıdır,
Balmıysın, mari, yёrim –
Seni görёn yanıdır.

Çavdar saçak istemёz,
Meyva bıçak istemёz,
İki ürek bir olsa,
Yorğan-döşek istemёz.

Hava bulutlu kaldı,
Kuşlar umutlu kaldı,
Anatarın koynunda –
Canım kilitli kaldı.

At üsündё durulmaz,
Göz yaşlarım kurumaz,
Benim sevilёn yarım,
Ölüncёn unudulmaz.

Saa ayaamda sızı var,
Her kezin bir kızı var,
Yёrımin boyu gözёl,
Sade bir az nazı var.

Yolum – Tuna boyunca,
Gezdim, testi dolunca,
Balkannara etişdim,
Nazlı yёri bulunca.

Varna yolu toz-duman,
Yol boyu-sarı saman,
Bir samana dayandım,
Gel, yarim, bana yaman.

Sandık üstündё kapak,
Üstündə – sarı yaprak,
Ben yaşamaa doymadım –
Kabletme, kara toprak.

Kaledёn kızlar bakar,
Boynularda left sarkar,
Sakallıya bakmaynız –
Delikannı can yakar.

«Sabaa yıldızı», 2001, №16, s.58-62.

Evleri dört köşeli,
İçi tafta döşeli,
Kaarlar gibi eridim,
Ben sevgiye düşeli.

Dumandır dere başı,
Helaldır yarın kaşı,
Onu bana verselёr,
Sevёrim yazı-kışı.

Laalё-zümbül biçilmёz,
Suuk sular içilmёz,
Her nedёn vaz geçilir,
Nazlı yёrdan geçilmёz.

Evin önü dut aacı,
Sevdam zihirdёn acı,
Sülesёnё, sevgilim,
Nedir sevda yılacı.

Dibek dolu toz biber,
Bülbül kafeste inneer,
Benim kalbimde çoban –
Senin kalbinde kimner?

Kaledёn iniyordum,
«Dön» desan, dönüyordum,
Sevim artık koorlaştı –
Üflesёn, yanıyorum.

Maavi çorap giisёnё,
Büün da bizё gelsёnё,
Seni nekadar sevdim –
Gözlerimdёn bilsёnё.

Derё boyu saz olur,
Gul açılır – yaz olur,
Bёn yёrimё «gül» demёm,
Gülün ömrü az olur.

Baaya gittim – üzüm yok,
Başka yerdё işim yok,
Sana birkaç lafım var,
Sölemёё da üzüm yok.

Düzenimda dört ayak,
Dördünё urdum dayak,
Bu sabaa yёri gördüm –
Ne el tutar, ne ayak.

Ayrandan kaymak olmaz,
Güzele doymak olmaz,
Güzel yarlı olanın –
Başı belasız kalmaz.

Çakmak çaktı – kav yandı,
Ere düştü – er yandı,
Ben yarimnen dilleşince
Doksan iki ev yandı.

Bir taş attım yamaca,
Bir kuş urdum alaca,
Alacası boyuncan,
Dilleşmedim doyunca.

«Sabaa yıldızı», 2001, №17, s.55-58.

©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.