Baş səhifə
Həyatım
Kitablar
Məqalələr
Şəkillər
Əlaqə
Arxiv
   
 
   
HƏYATI
Türkoloq, folklorşünas, ədəbiyyatşünas, tərcümə nəzəriyyəçisi, şairtənqidçi, filologiya elmləri doktoru, professor Nizami Tağısoy (Nizami Tağı oğlu Məmmədov) 24 may 1950-ci ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Orta təhsilini 1967-ci ildə doğma rayonda başa vurmuşdur.
1968-1970-ci illərdə ordu sıralarında xidmət etmişdir.
Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Ucar rayonunda orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişdir. Hələ məktəb illərində divar qəzetində, sonralar rayon və respublika qəzetlərində kiçik şeirləri və məqalələri dərc olunmuşdur.
Kənd məktəbində işləyəişləyə təhsil aldığı institutun aspiranturasına («Sovet ədəbiyyatı» ixtisası üzrə) imtahan verərək müsabiqə yolu ilə qəbul olmuşdur. 1980-1984-cü illərdə aspiranturada təhsil alaala ədəbi əlaqələr problemi ilə məşğul olmuş, 1986-cı ildə «Səməd Vurğun pyeslərinin rus tərcümələri və səhnə təcəssümü» mövzusunda filologiya elmləri namizədi dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.
1984-cü ildən Bakı Slavyan Universitetində (keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu) çalışır. Təhsil aldığı institutda laborantlıqdan professora qədər ziqzaqlı, çətin, lakin şərəfli elmipedaqoji yol keçmişdir.
Göstərilən dövrdən «XX əsr rus ədəbiyyatı», «Türk xalqları ədəbiyyatı», «Azərbaycan ədəbiyyatı» fənlərindən rus və Azərbaycan bölmələrində mühazirələr oxuyur, kurs işləri, buraxılış işləri, magistr, namizədlik dissertasiyalarına rəhbərlik etmiş və etməkdədir.
1990-1992-ci illərdə doktoranturada olmuş «XX əsr rus poeziyası Azərbaycan tərcümələrində» mövzusunda doktorluq dissertasiyası üzərində işləmiş, 1992-ci ildə onu doktorantura müddəti başa çatmazdan öncə müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.
1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor diplomu verilmiş və Bakı Slavyan Universitetinin professoru vəzifəsinə seçilmişdir.
1995-1997-ci illərdə Bakı Qızlar Universitetində (əvəllər Bakı Ali Pedaqodi Qızlar Seminariyası) «Azərbaycan dili və Ədəbiyyatı» kafedrasının müdiri, 1998-ci ildən Azərbaycan Beynəlxalq Universitetində «Rus dili və Ədəbiyyatı» kafedrasının müdiri vəzifələrində çalışmışdır.
Nizami Tağısoy pedaqoji işlə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.
Professor Nizami Tağısoyun elmi prioritetlərində tərcümə nəzəriyyəsi, ədəbi əlaqələr, komparativistika, türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, klassik və müasir ədəbiyyatı, ədəbiyatşünaslığın aktual problemləri, müasir ədəbi proses və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir.
Professor Nizami Tağısoy qaqauz, qazax, qaraqalpaq, qaraçay, qırğız, Kıbrıs türkləri, malkar, özbək, xəzər və d. türk qövmləri ilə bağlı çoxsaylı məqalələr və kitablar müəllifidir. Onun müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folkloretnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən bəyənilir. Tanınmış tədqiqatçının «XX əsr rus poeziyası Azərbaycan tərcümələrində» (Bakı, 1992, 134 s. – rus dilində); «Qazax ədəbiyyatı» (Bakı, 1993. 70 s. – rus dilində), «Əslin milli özünəməxsusluğu və tərcümə» (Bakı, 1998. 68 s. – rus dilində); «Səməd Vurğun dramaturgiyası rus dilində» (Bakı, 1999. 132 s. – rus dilində); «Poetik tərcümə» (Bakı, 2001. 245 s. – rus dilində); «Qaraqalpaq ədəbiyyatı» (Bakı, 2007. 296 s. – rus dilində); «Nəsrin axarı: zaman və məkan konteksti» (Bakı, 2008. – 152 s.); «Şilyan: özü, sözü – çeşmənin gözü». (Bakı, 2009. – 172 s.); «Səftər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər» (Bakı, 2009. – 76 s.) kimi monoqrafiya və kitabları tənqidçilər, türkoloqlar tərəfindən yüksək dəyərləndirilir.
Professor Nizami Tağısoy tərcümə nəzəriyyəsi və bədii tərcümə məsələləri ilə müntəzəm məşğul olan alimlərimizdəndir. O, Azərbaycan türkologiyasında ilk dəfə olaraq qıpçaq türklərindən olan qövmlərin folklor yaddaşına müraciət etmiş «Qaraqalpaq xalq nağılları»nı (Bakı, 2006) və qazax qəhrəmanlıq eposu «Koblandıbatır»ı (Bakı, 2008). Azərbaycan türkcəsinə uyğunlaşdırmışdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Tağısoy iki şeirlər və poemalar – «Axtaracaqsan məni» (Bakı, 2000), «Bəlkə dünya öz yolunu çaşıbdı» (Bakı, 2004) və «Natiqlə qara zurnanın nağılı və ya hər ikisinə elegiya» (Bakı, 2008) — povesti ilə ədəbiyyatsevərlərlə görüşmüşdür. Şeir və poemalarının bir hissəsi şairmütərcim Qiya Paçxataşvili tərəfindən rus dilinə çevrilərək oxuculara təqdim edilmişdir. Şeirlərindən bir neçəsinə Cavanşir Quliyev və Razim Paşayev kimi bəstəkarlar mahnı yazmışlar.
Professor Nizami Tağısoy digər müəlliflərlə (professor Rafiq Manafoğlu və dosent Rüstəm Kamalla) birlikdə Azərbaycanda ilk dəfə olaraq «İzahlı tərcüməşünaslıq terminləri lüğəti»ni hazırlayıb (Bakı, 2010) mütəxəssislərin müzakirəsinə vermişdir.
Professor Nizami Tağısoy mütəmadi olaraq ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.
Professor Nizami Tağısoy iki onillikdən artıqdır ki, türk xalqlarının folkloru, etnogenezi, epik təfəkkürü, klassik və müasir ədəbiyyatına dair dərslik üzərində işləyir. Bu əsərin çoxcildli nəşri nəzərdə tutulur.
Professor Nizami Tağısoyun nəzəri mülahizələri istər Azərbaycanrus, Azərbaycanözbək, Azərbaycanqaqauz, Azərbaycanqaraqalpaq ədəbi əldaqələri, istər müasir ədəbiyyatşünaslığın aktual problemləri, o cümlədən A.Blok, S.Yesenin, K.Simonov, A.Adalis, P.Antokolski, A.Tvardovski, S.Vasilyev, S.Vurğun, Mir Cəlal, S.Əhmədli, Elçin, Anar, A.Rəhimov, Ə.Əhməd, K.Abdulla, E.Hüseynbəyli, R.Rəvan və Ə.Xələfli, Y.Nəğməkar və b. yaradıcılığı ilə bağlı fikir və mülahizələri ədəbi tənqidimizin orijinal səhifələrindən hesab olunur.
Nizami Tağısoy regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 25 ilə yaxındır ki, zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycanda və Türkiyədə yaşayan Şilyan ellərinin etnqorafiyası, etnikmilli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır.
Nizami Tağısoy haqqında məlumat «XXI əsr Azərbaycan alimləri və maarifçiləri» bioqrafik göstəricisinə daxil edilmişdir. O, «Qızıl qələm», “Xalqın nüfuzlu ziyalısı” mükafatları laureatıdır.
Professor Nizami Tağısoy hazırda Bakı Slavyan Universitetinin «Azərbaycan ədəbiyyatı» kafedrasında elmipedaqoji fəaliyyətlə məşğul olur, müasir ədəbi tənqidimizin müxtəlif tərəflərini əhatə edən məqalələrlə mütəmadi olaraq dövrü mətbuatda çıxış edir.
©Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizami Tağısoy. 2010.